Ukrayna iki həftə ərzində dördüncü dəfə “Tuapse” neft terminalına hücum edib

2026/05/1777617133.jpg
Oxunub: 320     10:26     01 May 2026    
Ukraynanın Silahlı Qüvvələri mayın 1-nə keçən gecə yenidən pilotsuz uçuş aparatları ilə “Tuapse” dəniz terminalına zərbə endirib.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Krasnodar diyarının operativ qərargahı bildirib ki, yanğın başlayıb və onun söndürülməsinə 128 nəfər və 41 texnika cəlb olunub. Xəsarət alan yoxdur.

RTVI-nin məlumatına görə, hücum nəticəsində Tuapse neft emalı zavodunun ərazisində ən azı iki anbar yanıb. Hadisə yerindən çəkilmiş fotolarda qalın qara tüstü görünür. Nəşr qeyd edib ki, terminal elektrik enerjisindən ayrılıb, şəhərdə də genişmiqyaslı elektrik kəsintisi müşahidə olunur. Mərkəzdə tam “blekaut” yaşanır, bundan əlavə internet də işləmir.

Bu, son iki həftə ərzində Tuapse terminalına dördüncü hücumdur. Əvvəlki hücumdan sonra baş verən yanğın, hansı ki, aprelin 28-də olmuşdu, bir gün əvvəl, cümə axşamı söndürülmüşdü. Eyni zamanda, neft emalı zavodundan yanan neft məhsulları küçələrə axmışdı.

Obyektə aprelin 16-da və 20-də də zərbələr endirilmişdi. Hər iki halda yanğınların söndürülməsi təxminən dörd gün davam etmişdi. Şəhərdə “neft yağışları” yağıb, havada benzol, ksilol və hisin konsentrasiyası bir neçə dəfə normanı aşmışdı. Smoq Soçi, Anapa, Armavir və Stavropoladək çatmışdı. Bundan əlavə, anbarların zədələnməsi neft məhsullarının sızmasına səbəb olmuş, onlar çaya və Qara dənizə düşmüşdü. Bir həftə ərzində ləkə sahil xətti boyunca 77 kilometrə qədər yayılmışdı.

Hücumlar səbəbindən “Rosneft”ə məxsus və Rusiyanın ən böyük on zavodundan biri olan müəssisə aprelin 16-dan etibarən fəaliyyət göstərmir. Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, yalnız ilk iki hücum zamanı 24 rezervuar məhv edilib, daha dördü isə zədələnib. Bundan əlavə, Rusiya dəmir yolları mayın 3-dək terminal istiqamətində yük daşımalarını məhdudlaşdırıb.

Prezident Vladimir Putin Tuapsedəki vəziyyətə, ekoloqların “ən böyük ekoloji fəlakət” kimi qiymətləndirdiyi hadisəyə yalnız aprelin 28-də diqqət yetirib. Həmin vaxt o, Fövqəladə Hallar Nazirliyinin rəhbəri Aleksandr Kurenkova şəhərə getməyi tapşırıb. Eyni zamanda Putin baş verənlə bağlı “ciddi təhlükələrin” olmadığını bəyan edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Tuapse  


Bizi "telegram"da izləyin