FT: Trampın oğulları Qazaxıstanda volfram hasil edən şirkətdə pay alıblar

2026/05/1777615749.jpg
Oxunub: 324     10:06     01 May 2026    
ABŞ-nin prezidenti Donald Trampın oğulları Erik və kiçik Donald Qazaxıstanda volfram hasilatı ilə məşğul olan şirkətdə pay alıblar.

Ordu.az xəbər verir ki, bu barədə “Financial Times” (FT) qəzeti mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunur ki, sövdələşmə ötən ilin avqustunda baş tutub. ABŞ prezidentinin övladları “Skyline Builders” tikinti qrupunda pay əldə ediblər. Bu qrup sonradan “Kaz Resources” şirkətinin 20 faizini alıb. Daha sonra “Kaz Resources” və onunla əlaqəli “Cove Kaz Capital” strukturu “Skyline” ilə birləşib.

Məlumata görə, yaradılan şirkət “Kaz Resources” brendi altında “Nasdaq” birjasında səhmlərini yerləşdirməyi planlaşdırır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   ABŞ   Qazaxıstan  


Bizi "telegram"da izləyin