Tramp yalnız dar çevrənin Tehranla danışıqların gedişindən xəbərdar olduğunu bildirib

2026/05/1777615355.jpg
Oxunub: 268     09:58     01 May 2026    
ABŞ-nin prezidenti Donald Tramp bəyan edib ki, ondan başqa, daha bir neçə nəfər istisna olmaqla, heç kim İranla danışıqların real statusu barədə məlumatlı deyil.

Ordu.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

“Məndən və daha bir neçə nəfərdən başqa heç kim danışıqların hansı vəziyyətdə olduğunu bilmir”, - deyə Tramp Ağ Evdə jurnalistlərə bildirib.

Cümə gecəsi amerikalı lider “Newsmax” portalına verdiyi müsahibədə bəyan edib ki, münaqişənin tənzimlənməsi çərçivəsində ABŞ İrana sülh məqsədli istifadə üçün nəzərdə tutulmuş nüvə materiallarını tədarük etməyə razılıq verməyəcək. O, medianın amerikalı danışıqlar aparanların nüvə proqramı üzərində işi dayandırmaq razılığı qarşılığında İrana belə materialların tədarükünü təklif etməsi barədə məlumatlarını bu cür şərh edib.

Cümə axşamı, “Axios”un məlumatına görə, prezident ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri Bred Kuperin İrana qarşı mümkün yeni hərbi əməliyyat planları barədə məruzəsini dinləməli idi.

Çərşənbə axşamı isə “The New York Times” Ağ Evin situasiya mərkəzində müzakirələrin gedişi ilə tanış olan bir neçə mənbəyə istinadən bildirib ki, Tramp Hörmüz boğazının açılmasını nəzərdə tutan, lakin Tehranın nüvə proqramı məsələsini sonrakı danışıqlara saxlayan İran təklifini qəbul etməyəcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   Tehran   ABŞ   İran  


Bizi "telegram"da izləyin