Tehranda HHM sistemləri işə salınıb

2026/03/1774076489.jpg
Oxunub: 393     09:17     01 May 2026    
İranın paytaxtı Tehranda hava hücumundan müdafiə sistemləri işə salınıb.


Ordu.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

Hava hücumundan müdafiə sistemlərinin fəaliyyəti kiçik ölçülü pilotsuz uçuş aparatlarına və kəşfiyyat pilotsuz uçuş aparatlarına qarşı mübarizə ilə bağlıdır.

Hava hücumundan müdafiə sistemlərinin işi Tehranın qərb, mərkəzi və cənub-şərq hissələri daxil olmaqla bir neçə rayonda davam edir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tehran   İran   HHM  


Bizi "telegram"da izləyin