Ordu.az xəbər verir ki, 2026-cı il aprelin 27-29-da İstanbulda keçirilən konqres ağıllı nəqliyyat sistemləri sahəsində bir çox ölkədən dövlət, sənaye, tədqiqat və texnologiya tərəfdaşlarını bir araya gətirib, inteqrasiya olunmuş, təhlükəsiz və fasiləsiz mobillik vizyonunu ön plana çıxarıb.
“Pasifik Teknoloji” tərkibində fəaliyyət göstərən SAVX Texnologiyanın SHGM üçün hazırladığı Pilotsuz Uçuş Aparatı (PUA) İzləmə və Trafik İdarəetmə Sistemi bu mühüm tədbirdə təqdim olunub.
“SAVX Texnologiya”nın təsisçisi Abdullah Aktaş sistemin bu tədbirdə təqdim olunmasından məmnunluğunu bildirib.
Aktaş “LinkedIn”də paylaşımında qeyd edib: “Uzun müddətdir üzərində işlədiyimiz PUA İzləmə və Trafik İdarəetmə Sistemimizin beynəlxalq aviasiya tədbirində təqdim olunması bizim üçün qürurvericidir. Ölkəmizin PUA və aviasiya sahəsində qabaqcıl vizyonla təmsil olunmasına töhfə vermək, gördüyümüz işin və inkişaf etdirdiyimiz texnologiyanın real nəticəsini görmək baxımından son dərəcə dəyərlidir. PUA operatorları ilə səlahiyyətli orqanlar arasında rəqəmsal körpü rolunu oynayan bu sistemlə hava məkanlarının effektiv idarə olunmasını, PUA-ların dinamik izlənməsini, uçuş icazələrinin və qeydiyyat proseslərinin avtomatlaşdırılmasını və rəqəmsal mühitdə həyata keçirilməsini təmin edirik. Bu sahədə yanaşmamızın ölkəmizin qlobal rəqabət qabiliyyətinin artmasına töhfə verməsini hədəfləyirik”.
Sevinc Əliyeva
Ordu.az