SEPAH: ABŞ HDQ-nin gəmilərini də Amerika bazaları ilə eyni aqibət gözləyir

2026/04/1777569338.jpg
Oxunub: 416     21:10     30 Aprel 2026    
İslam İnqilabı Keşikçiləri Korpusunun Aerokosmik Qüvvələrinin komandanı, briqada generalı Seyid Məcid Musəvi xəbərdarlıq edib ki, regionda ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmilərini də Amerika bazaları ilə eyni aqibət gözləyir.

Ordu.az xəbər verir ki, bu barədə İranın “Tasnim” agentliyi məlumat yayıb.

Briqada generalı Seyid Məcid Musəvi cümə axşamı ABŞ Mərkəzi Komandanlığına (CENTCOM) İranın infrastrukturuna “qısa və intensiv” zərbələr seriyası endirmək planları ilə bağlı xəbərdarlıq göndərib.

“Siz regionda bazalarınızın aqibətini gördünüz. Hərbi gəmilərinizin aqibətini də görəcəksiniz”, - deyə general Musəvi sosial şəbəkələrdə yazıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: SEPAH   ABŞ  


Bizi "telegram"da izləyin