“İsrail, ola bilsin, tezliklə təhdidləri aradan qaldırmaq üçün yenidən hərəkət etməyə məcbur olacaq” - Kats

2025/02/1739379664.jpg
Oxunub: 505     21:03     30 Aprel 2026    
İsrailin müdafiə naziri İsrael Kats bildirib ki, İsrail İranla münasibətlərdə ABŞ-nin diplomatik səylərini dəstəkləsə də, bununla yanaşı, ölkə, bəlkə də, “İran İslam Respublikasından qaynaqlanan “ekzistensial təhdidləri” aradan qaldırmaq üçün tezliklə yenidən hərəkət etməyə məcbur olacaq”.

Ordu.az xəbər verir ki, bu barədə “Times of Israel” yazır.

“Son bir il ərzində İran son dərəcə ciddi zərbələr alıb və bu zərbələr onu bütün sahələrdə illərlə geriyə atıb”, - deyə İsrail Hərbi Hava Qüvvələrinin növbəti komandanı Omer Tişlerə general-mayor rütbəsinin verilməsi mərasimində Kats bildirib.

“ABŞ prezidenti Tramp, baş nazir Benyamin Netanyahu ilə koordinasiyada, hərbi kampaniyanın məqsədlərinə elə şəkildə nail olunması səylərinə rəhbərlik edir ki, gələcək nəsillər ərzində İranın artıq İsrail, ABŞ və azad dünya üçün ekzistensial təhdid yaratmayacağına zəmanət verilsin”, - deyə o bildirib.

“Biz bu səyləri dəstəkləyirik və zəruri dəstəyi göstəririk, lakin tezliklə məqsədlərin həyata keçirilməsini təmin etmək üçün bizdən yeni əməliyyatlar tələb oluna bilər”, - deyə İsrailin müdafiə naziri əlavə edib.

Tişler mayın 5-də İsrail Hərbi Hava Qüvvələrinin komandanı vəzifəsini qəbul edəcək, general-mayor Tomer Barı əvəzləyəcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kats   İsrail   İran  


Bizi "telegram"da izləyin