Ordu.az xəbər verir ki, bu barədə “Agence France-Presse” agentliyi məlumat yayıb.
Avropa İttifaqının mətbuat katibi Anita Hipper bildirib ki, ABŞ “Avropanın təhlükəsizliyi və müdafiəsinin təmin edilməsində həyati əhəmiyyətli tərəfdaşdır”.
“Amerikanın qoşunlarının Avropada yerləşdirilməsi həmçinin onların qlobal rolunun xeyrinə ABŞ-nin maraqlarına uyğundur”, - deyə o qeyd edib.
O, NATO üzrə müttəfiqlərin də öz müdafiə xərclərini misli görünməmiş sürətlə artırdıqlarını bildirib.
O əlavə edib ki, Almaniya yaxın illər üçün öz müdafiə büdcəsinin “üçqat artırılması” barədə açıqlama verib.
Daha əvvəl, İranda müharibə səbəbilə Almaniyanın kansleri Fridrix Merts ilə mübahisədən sonra ABŞ-nin prezidenti Donald Tramp bildirib ki, Vaşinqton öz hərbi mövcudluğunu azaltmaq imkanını nəzərdən keçirir.
NATO-ya Trampın sadiqliyi ilə bağlı narahatlıqlar və Ukraynada davam edən Rusiyanın müharibəsi fonunda Avropa öz müdafiə xərclərini əhəmiyyətli dərəcədə artırıb.
Sevinc Əliyeva
Ordu.az