Ordu.az xəbər verir ki, bu barədə “X” sosial şəbəkəsindəki səhifəsində İran parlamentinin spikeri Məhəmməd Baqer Qalibaf yazıb.
“1622-ci ildə, 115 illik işğaldan sonra biz Avropa müstəmləkəçilərini Fars körfəzindən qovduq və həmin qələbənin şərəfinə bu gün Fars körfəzi gününü qeyd edirik. İran bu gün də, Hörmüz boğazının təhlükəsizliyini təmin edərək, özü və region ölkələri üçün elə bir gələcək quracaq ki, orada Amerikanın müdaxiləsinə yer olmayacaq”, - deyə spiker bildirib.
Sevinc Əliyeva
Ordu.az