Litva böyük ehtimalla Hörmüz boğazında naviqasiyanın qorunması koalisiyasına qoşulacaq

2026/04/1777557472.jpg
Oxunub: 375     17:54     30 Aprel 2026    
Litva ABŞ-nin Hörmüz boğazında təşəbbüs etdiyi missiyaya qoşulmağa hazırlaşır. Prezident Gitanas Nauseda naviqasiya azadlığına yönəlmiş koalisiyaya üzv olmaq təklifini dəstəkləyib.

Ordu.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

“Biz ABŞ-dən Hörmüz boğazında naviqasiyanın bərpası koalisiyasına qoşulmaq təklifi almışıq və mən yaxın vaxtlarda bu təklifi Dövlət Müdafiə Şurasına təqdim etmək niyyətindəyəm”, - deyə Nauseda bildirib.

Eyni zamanda, o dəqiqləşdirib ki, proqramda iştirak etmək üçün Vilnüs Litva Seyminin mandatını almalıdır.

Bir gün əvvəl WSJ qəzeti ABŞ-nin Hörmüz boğazı məsələsi üzrə koalisiya yaratmaq niyyəti barədə məlumat yaymışdı. Qeyd edilirdi ki, ABŞ-nin rəhbərlik etdiyi koalisiya kəşfiyyat məlumatlarının mübadiləsi, diplomatiyanın koordinasiyası və sanksiyalara əməl olunmasına nəzarətlə məşğul olacaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Litva   Hörmüz  


Bizi "telegram"da izləyin