“Tüzün Savunma” SAHA 2026-da yerli elektronika və kablaj həlləri ilə iştirak edəcək

2026/04/1777556105.jpg
Oxunub: 482     17:30     30 Aprel 2026    
13 illik müdafiə sənayesi təcrübəsi ilə sahəsində ixtisaslaşmış kadrların formalaşdırılması və ekosistemin inkişaf etdirilməsi hədəfi ilə qurulan “Tüzün Savunma” bu il 5-9 may tarixlərində İstanbulda qapılarını açacaq SAHA 2026-da iştirak edəcəyini açıqlayıb.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

“Tüzün Savunma” bu iştirakı ilə bağlı verdiyi açıqlamada qeyd edib: “Geri sayım başladı... Müdafiə, aviasiya və kosmik sənayenin ən mühüm görüşlərindən biri olan SAHA EXPO üçün gün sayırıq. Kart istehsalı, kablaj, elektromexaniki montaj və test qabiliyyətlərimizlə yüksək keyfiyyət, izləniləbilərlik və mühəndislik gücümüzü yerində görmək istəyən bütün iş tərəfdaşlarımızı stendimizə gözləyirik”.

Şirkət ziyarətçilərini 8-ci salonda, 8H-26 nömrəli stenddə qəbul edəcək.

2023-cü ildə Türkiyənin müdafiə texnologiyalarında xarici asılılığını azaltmaq məqsədilə yola çıxan şirkət hərbi elektron kartlar, kabel ağacları, EMM və inteqrasiya edilmiş sistemlərdə 100% yerli və sertifikatlı həllər təqdim etmək məqsədilə fəaliyyət göstərir.

“Tüzün Savunma”nın fəaliyyət sahələri:

Elektronika və elektromexaniki sistemlər
Elektrik naqilləri və güc paylama sistemləri
Radioelektron mübarizə və yönləndirilmiş enerji texnologiyaları
Rabitə, komanda-idarəetmə və informasiya texnologiyaları
Kosmik texnologiyalar və peyk sistemləri
Təyyarə və aviasiya texnologiyaları
Mühərrikli nəqliyyat vasitələri sistemləri

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tüzün-Savunma   SAHA-2026  


Bizi "telegram"da izləyin