“Özben Savunma” SAHA 2026-da qabiliyyətlərini ziyarətçiləri ilə görüşdürəcək

2026/04/1777556054.jpg
Oxunub: 340     17:26     30 Aprel 2026    
30 ildən çoxdur müdafiə sənayesində fəaliyyət göstərən “Özben Savunma” Avropanın ən böyük sənaye klasteri olan SAHA İstanbul tərəfindən təşkil ediləcək SAHA 2026-da yerini alacaq.

Ordu.az xəbər verir ki, Türkiyənin və regionun ən böyük müdafiə, aviasiya və kosmik sənaye görüşlərindən birinə çevrilən SAHA Expo 2026 bu il 5-9 may tarixlərində İstanbulda qapılarını açacaq.

“Özben Savunma” bu mühüm tədbirdə Türkiyə müdafiə sənayesinin ehtiyaclarını qarşılamağa yönəlmiş geniş həllərini ziyarətçilərlə görüşdürəcək.

Şirkət tədbir boyunca qabiliyyətlərini nümayiş etdirəcək, iş tərəfdaşlıqlarını gücləndirməyə yönəlmiş addımlar atacaq və dünyanın müxtəlif yerlərindən sektor nümayəndələri ilə bir araya gələcək.

“Özben” müdafiə sənayesinə töhfələrini artırmaq üçün davamlı inkişafı və yeniliyi dəstəkləyən investisiyalarını davam etdirir. Bundan başqa, yerli və milli müdafiə sənayesi layihələrinə töhfə verərək, milliləşdirmə və yerliləşdirmə fəaliyyətlərinə verdiyi önəmlə Türkiyənin müdafiə sahəsindəki müstəqilliyini gücləndirmə missiyasını dəstəkləyir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Özben-Savunma   SAHA-2026  


Bizi "telegram"da izləyin