Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
“Prezident qeyd edib ki, İran hökuməti, xalqı və silahlı qüvvələri ölkələrinin qanuni və ayrılmaz hüquqlarını müdafiə etmək məsələsində qətiyyətlidirlər. O vurğulayıb ki, onlar diplomatik prosesi davam etdirməyə və İranın hüquqlarına hörməti, eləcə də regionda sülh və sabitliyin bərqərar olmasını təmin edəcək ədalətli razılaşmaya nail olmağa hazırdırlar. O bildirib ki, bu, yalnız ABŞ tərəfindən həddindən artıq iddiaların və təxribatçı hərəkətlərin dayandırılması şərti ilə həyata keçirilə bilər”, - deyə Prezidentin mətbuat xidmətinin məlumatında qeyd edilir.
Pezeşkian söhbətində həmçinin vurğulayıb ki, bütün ölkələr bu məsələ ilə bağlı qəti və birmənalı mövqe bildirməli və “ABŞ-nin dəniz quldurluğunu və beynəlxalq gəmiçiliyə təhdidlərini” pisləməlidirlər.
Sevinc Əliyeva
Ordu.az