Xarici KİV: Niderlandın hərbi atış poliqonunda baş verən yanğın təxminən 500 hektar ərazini əhatə edib

2026/04/1777555344.jpg
Oxunub: 346     17:18     30 Aprel 2026    
Niderlandın Gelderland vilayətinin ’t Harde qəsəbəsi yaxınlığında yerləşən artilleriya atış poliqonunun ərazisində baş verən böyük təbii yanğın təxminən 500 hektar ərazini əhatə edib. Yanğının söndürülməsi sursatların detonasiya təhlükəsi səbəbindən çətinləşir.

Ordu.az xəbər verir ki, bu barədə “Hart van Nederland” portalı məlumat yayıb.

Əldə edilən məlumata görə, yanğınsöndürənlər yalnız uzaq ərazilərdən işləyə bilirlər, çünki birbaşa yanğın zonasında yüksək temperatur səbəbindən partlaya biləcək sursatlar var. Təhlükəli əraziyə daxil olmağa yalnız zirehli texnikaya icazə verilir. Yanğın hələ lokallaşdırılmayıb və artıq ikinci gündür davam edən alovla mübarizənin axşama qədər başa çatmaya biləcəyi gözlənilir.

Əməliyyata 4 hərbi texnika, həmçinin yanğınsöndürmə xidmətlərinin 100-dən çox əməkdaşı cəlb olunub. Bu, ölkədə artilleriya və minaatan atışlarına icazə verilən yeganə poliqondur. Yanğının səbəbləri hələ dəqiqləşdirilmir.

Aprelin 29-da “NU.nl” portalı məlumat vermişdi ki, bu həftə uzunmüddətli quraqlıq və yaxın gələcəkdə yağıntıların tam olmaması fonunda ölkə ərazisinin böyük hissəsində, o cümlədən Gelderland vilayətində təbii yanğınların yüksək riski elan edilmişdi.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Niderland   Poliqon   Yanğın  


Bizi "telegram"da izləyin