“Eurofighter Typhoon” SAHA 2026-da nümayiş etdiriləcək

2026/04/1777553144.jpg
Oxunub: 487     16:39     30 Aprel 2026    
“Eurofighter Typhoon” döyüş təyyarəsi 5-9 may tarixlərində İstanbulda Avropanın ən böyük sənaye klasteri olan “SAHA İstanbul” tərəfindən təşkil ediləcək SAHA 2026-da nümayiş etdiriləcək.

Ordu.az xəbər verir ki, ziyarətçilər, nümayəndə heyətləri və sektor təmsilçiləri sərgi sahəsindəki stenddə təyyarənin qabiliyyətlərini tam ölçülü maket və simulyator təqdimatı vasitəsilə öyrənmək imkanı əldə edəcək.

Tədbirdə “Typhoon”un hava üstünlüyü və hücum missiyaları da daxil olmaqla çoxməqsədli əməliyyat qabiliyyəti, eləcə də müxtəlif hava qüvvələri tərəfindən həyata keçirilən əməliyyat istifadəsi ilə bağlı xüsusiyyətlərinin təqdim edilməsi planlaşdırılır.

Rəsmilər bildiriblər ki, tədbir platformanın imkanlarını yaxından tanımaq imkanı yaradacaq və iştirakçılar simulyasiya vasitəsilə kokpit sistemlərini və müxtəlif missiya ssenarilərini sınaqdan keçirə biləcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Eurofighter-Typhoon   SAHA-2026  


Bizi "telegram"da izləyin