Ordu.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.
Şirkət bildirib ki, İstanbulda keçiriləcək sərgi onlar üçün qabiliyyətlərini nümayiş etdirmək, iş tərəfdaşlıqlarını gücləndirmək və dünyanın müxtəlif yerlərindən sektor nümayəndələri ilə əlaqə qurmaq baxımından mühüm platforma olacaq.
Tədbir çərçivəsində “Piaggio Aerospace” qabaqcıl aviasiya həllərinə yönəlmiş qabiliyyətlərini təqdim edəcək.
Şirkət xüsusilə “Piaggio P.180 Mantide Multi Mission Platform” (MMP) və qabaqcıl mühərrik və MRO xidmətləri daxil olmaqla, qabaqcıl aviasiya həllərindəki təcrübəsini ön plana çıxaracaq.
“P.180 Mantide MMP” ikonik “Piaggio P.180 Avanti” platformunun xüsusi missiyalar üçün hazırlanmış versiyası kimi seçilir. Müxtəlif əməliyyatlar üçün konfiqurasiya oluna bilən platforma yüksək performansı və missiya çevikliyi ilə çətin tapşırıq tələblərinə uyğunlaşacaq şəkildə layihələndirilib.
Mühərriklərin texniki xidmət və təmirində, eləcə də komponent istehsalında xidmətlər təqdim edən şirkət “Pratt & Whitney F135” mühərriki üçün istehsal və MRO fəaliyyətləri də həyata keçirir. Bu mühərrik “Lockheed Martin F-35 Lightning II” döyüş təyyarələrində istifadə olunur.
Yaxın zamanda Türkiyənin texnologiya nəhəngi “Baykar”ın strateji dəstəyi ilə bazara güclü qayıdış edən İtaliya aviasiya əfsanəsi “Piaggio Aerospace” bu qabiliyyətləri ilə SAHA 2026-da ziyarətçilərin qarşısına çıxacaq.
“Piaggio Aerospace” rəsmiləri SAHA Expo 2026 boyunca ziyarətçiləri stendlərində qəbul edərək mümkün əməkdaşlıq imkanlarını dəyərləndirməyə dəvət edib.
Sevinc Əliyeva
Ordu.az