Xameneyi: “İran raket və nüvə proqramını milli sərvət hesab edir”

2026/04/1775899297.jpg
Oxunub: 347     16:12     30 Aprel 2026    
“İran nüvə və raket texnologiyalarını öz milli sərvəti hesab edir və bu sahələrə xarici müdaxilələrə imkan verməyəcək”.

Ordu.az xəbər verir ki, bu barədə İran İslam Respublikasının ali rəhbəri Müctəba Xameneyi bildirib.

“Həm ölkə daxilində, həm də onun sərhədlərindən kənarda İranın 90 milyon cəsur və ləyaqətli həmvətəni nano və biotexnologiyalardan tutmuş nüvə və raket texnologiyalarına qədər bütün şəxsi, mənəvi, insani, elmi, sənaye resurslarını və fundamental, qabaqcıl texnologiyaları öz milli sərvəti hesab edir və onları dəniz, quru və hava sərhədlərini qoruduğu kimi qoruyacaq”, - deyə o, İran İslam Respublikasında Fars körfəzi günü münasibətilə yazılı müraciətində bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Xameneyi   İran  


Bizi "telegram"da izləyin