Ordu.az xəbər verir ki, bu barədə “The Scottish Sun” qəzeti məlumat yayıb.
Qana vətəndaşı Kofi Offe yarım il Zimbabvedən olan qadın və amerikalı qulluqçu ilə Şotlandiyanın Cedburq şəhəri yaxınlığında yerləşən düşərgədə yaşayıb. Onlar meşədə çadırlar qurmuş və insanları öz yanlarında yaşamağa çağırmış, “vəd edilmiş torpaqda” Kubala krallığını yaratdıqlarını iddia etmişdilər.
Hakimiyyət Offeni və onun qadınlarını dəfələrlə meşədən çıxarmışdı. Ötən ilin oktyabrında afrikalı viza müddəti başa çatdığı üçün saxlanılmışdı. Altı ay sonra özünü kral elan edən şəxs vətəninə deportasiya edilib. Hər iki qadın həbsdədir, onlar uşağa qarşı səhlənkarlıqda ittiham olunurlar.
Qanaya çatan kimi Offe dərhal ölkəni ələ keçirmək niyyətində olduğunu bəyan edib. O, polisin onun tərəfinə keçəcəyinə, bütün yüksək vəzifəli şəxslərin isə onun qarşısında baş əyəcəyinə əminliyini ifadə edib. Özünü monarx elan edən şəxsin sözlərinə görə, tezliklə ona guya çoxsaylı tərəfdarları da qoşulacaq.
Sevinc Əliyeva
Ordu.az