İsrail Livanın cənubuna zərbə endirib: ölənlər və yaralananlar var

2026/04/1777047460.jpg
Oxunub: 253     14:22     30 Aprel 2026    
İsrail Livanın cənubuna hücum edib, nəticədə ən azı doqquz nəfər həlak olub, yeddi nəfər yaralanıb.

Ordu.az xəbər verir ki, bu barədə Livanın NNA milli informasiya agentliyi məlumat yayıb.

Məlumata görə, Cebçit şəhərinə hücum nəticəsində yaşayış evi dağılıb, üç nəfər ölüb, yeddi nəfər yaralanıb.

Tul şəhərində dörd nəfər həlak olub, altı nəfər yaralanıb. Həmçinin yaşayış evi zədələnib. Bundan başqa, Haruf şəhərində iki nəfər ölüb, hücum nəticəsində yaşayış evi dağıdılıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Livan  


Bizi "telegram"da izləyin