Lavrov İranda müharibənin Xəzər dənizinə mənfi təsirini qeyd edib

2026/04/1777546351.jpg
Oxunub: 309     14:43     30 Aprel 2026    
ABŞ-nin və İsrailin İrana qarşı aqressiyası Xəzər dənizinə ciddi təsir göstərib.

Ordu.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qazaxıstanın xarici işlər naziri Yermek Koşerbayev ilə danışıqların yekunlarına dair keçirilən mətbuat konfransında bildirib.

“Biz qeyd etməliyik ki, ABŞ-nin və İsrailin İrana qarşı təhrik olunmamış silahlı aqressiyası həm Xəzər dənizinə, həm də sahil zonalarına son dərəcə mənfi təsir göstərib. Xəzər dənizi sülh və əməkdaşlıq zonası olaraq qalmalıdır”, - deyə Lavrov bildirib.

O əlavə edib ki, anti-İran koalisiyasının bütün Xəzəryanı ölkələrin maraqlarına xidmət edən Ənzəli dəniz limanının infrastrukturuna endirdiyi zərbə qəbuledilməzdir.

Bundan əlavə, Lavrov qeyd edib ki, Yaxın Şərqdə Fələstin dövlətinin yaradılması təşəbbüsü dalana dirənib və “bu vəziyyətdən çıxış yolu görünmür”.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Lavrov   Xəzər   İran  


Bizi "telegram"da izləyin