Medvedev Avropa və ABŞ-ni “bankada qapadılmış hörümçək”lərlə müqayisə edib

2026/04/1777540484.jpg
Oxunub: 429     13:13     30 Aprel 2026    
“ABŞ və Avropa ölkələri indi özlərini “bankada qapadılmış hörümçəklər kimi” aparırlar”.

Ordu.az xəbər verir ki, bu barədə bu gün “Bilik: Birincilər” marafonu zamanı Rusiyanın Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev bildirib.

“Əslində, Birləşmiş Ştatlar və Avropa münasibətlərinin inkişafını izləmək kifayət qədər əyləncəlidir. Məsələ bizim kimə rəğbət bəsləməyimizdə deyil: bizim öz maraqlarımız var”, - deyə o qeyd edib.

Bu kontekstdə Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini “popkorn götürməyi” və gözlənilən mənzərəyə hazırlaşmağı təklif edib.

Medvedev Yaxın Şərq münaqişəsinə də toxunaraq qeyd edib ki, münaqişə yaxın vaxtlarda başa çatmayacaq, çünki bəzi qüvvələr hələ də onun davam etməsində maraqlıdır. Onun proqnozuna görə, vəziyyət dalğavari şəkildə inkişaf edəcək, vaxtaşırı sakitləşəcək və yenidən kəskinləşəcək. O, həmçinin vəziyyətin vaxtaşırı kəskinləşəcəyi və sakitləşəcəyi, sövdələşmələrə əsaslanan tənzimləmə cəhdlərinin isə heç bir nəticə verməyəcəyi fikrini bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Medvedev   Avropa   ABŞ  


Bizi "telegram"da izləyin