Ordu.az xəbər verir ki, bu barədə öz mənbələrinə istinadən “Axios” portalı məlumat yayıb.
“Bu brifinq göstərir ki, Tramp ya danışıqlar prosesində yaranmış dalandan çıxmaq, ya da müharibənin başa çatmasından əvvəl son zərbəni endirmək üçün genişmiqyaslı hərbi əməliyyatların yenidən başlanması ehtimalını ciddi şəkildə nəzərdən keçirir”, - deyə portal qeyd edib.
“Axios”un mənbələrinin bildirdiyinə görə, Pentaqon İrana qarşı “qısa və güclü” zərbələr dalğası planı hazırlayıb, ümid edir ki, bununla dialoqdakı dalanı aradan qaldırmaq mümkün olacaq. Portalın məlumatına görə, bir sıra hücumlardan sonra ABŞ İran rəhbərliyinə təzyiq göstərmək niyyətindədir ki, o, “danışıqlar masasına qayıtsın və daha böyük çeviklik nümayiş etdirsin”.
Prezidentə təqdim olunacaq hərbi əməliyyatların yenidən başlanmasının digər ssenarisi “Hörmüz boğazının bir hissəsinin ələ keçirilməsini” nəzərdə tutur ki, bu su yolu ticarət gəmiçiliyi üçün açıq olsun. “Belə bir əməliyyat quru qoşunlarının cəlb edilməsini də əhatə edə bilər”, - deyə “Axios” vurğulayıb. Digər bir variant xüsusi təyinatlı qüvvələrin cəlb olunmasını nəzərdə tutur ki, İran İslam Respublikasının yüksək zənginləşdirilmiş nüvə yanacağı ehtiyatları nəzarət altına alınsın.
Portalın həmsöhbətlərinin bildirdiyinə görə, prezident üçün nəzərdə tutulan brifinqdə ABŞ-nin Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsinin sədri Den Keyn də iştirak edəcək.
Sevinc Əliyeva
Ordu.az