Ukrayna ordusu Rusiyanın patrul və əks-diversiya katerlərinı sıradan çıxarıb

2022/06/1654144577.jpg
Oxunub: 375     10:45     30 Aprel 2026    
Ukrayna Silahlı Qüvvələrinin Hərbi-Dəniz Qüvvələri (HDQ) aprelin 30-na keçən gecə Kerç boğazı rayonunda Rusiyanın "Sobol" və "Qraçonok" katerlərinə zərbə endirib.

Ordu.az UNİAN-a istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna HDQ-dən bildirilib.

"Zərbə nəticəsində Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin "Sobol" patrul-mühafizə və "Qraçonok" katerləri vurulub", - məlumatda deyilir.

Qeyd olunur ki, bu katerlər Rusiyanın Sahil Mühafizəsinin və Hərbi-Dəniz Donanmasının mühüm vahidləridir. Onlar, xüsusilə, Kerç körpüsünün mühafizəsi və diversiya qruplarına qarşı mübarizə üçün istifadə olunur.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Rusiya  


Bizi "telegram"da izləyin