Tramp Netanyahuya Livanda hədəfli zərbələrlə kifayətlənməyi tövsiyə edib

2026/03/1774508251.jpg
Oxunub: 512     09:29     30 Aprel 2026    
ABŞ prezidenti Donald Tramp İsrailin baş naziri Benyamin Netanyahuya bildirib ki, İsrail Livanda yalnız hədəfli zərbələr həyata keçirməli və hərbi əməliyyatların tam şəkildə bərpasından çəkinməlidir.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

“Mən Netanyahuya dedim ki, o, daha hədəfli hərəkət etməlidir. Binaları dağıtmasın. O bunu edə bilməz. Bu, son dərəcə dəhşətlidir və İsraili pis işıqda təqdim edir”, - deyə Tramp “Axios”a müsahibəsində bildirib.

ABŞ prezidentinin sözlərinə görə, o, Livanı və onun rəhbərliyini bəyənir və hesab edir ki, ölkə “normal həyata qayıda” bilər.

ABŞ-nin vasitəçiliyi ilə əldə edilmiş İsrail və Livan arasındakı atəşkəs yalnız qismən qorunur. Həm İsraildə, həm də Livanda rəsmilər onun mayın ortalarında qüvvədə olma müddəti başa çatana qədər tamamilə çökəcəyindən narahatdırlar.

Aprelin 17-də Livan və İsrail atəşkəs barədə razılaşıblar. Bununla yanaşı, Livan ordusu İsraillə münaqişədə iştirak etməyib, hərbi əməliyyatları isə atəşkəs razılaşmalarının tərəfi olmayan “Hizbullah” aparıb. Nəticədə İsrail hərbçiləri və “Hizbullah” ümumilikdə öz hərəkətlərinin miqyasını məhdudlaşdırıblar, lakin vaxtaşırı bir-birinin mövqelərinə zərbələr endirirlər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   Netanyahu   Livan  


Bizi "telegram"da izləyin