Tramp: “İran “mərhəmət diləməlidir”

2026/04/1777526115.jpg
Oxunub: 361     09:09     30 Aprel 2026    
ABŞ-nin prezidenti Donald Tramp yenidən İran rəhbərliyini “mərhəmət diləməyə” və faktiki olaraq məğlubiyyəti qəbul etməyə çağırıb.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Ağ Evdə jurnalistlərlə söhbəti zamanı o bildirib ki, Tehran “sadəcə deməlidir ki, biz təslim oluruq”. Trampın sözlərinə görə, İran artıq hərbi baxımdan ciddi itkilər verib.

“Biz hərbi baxımdan onları məhv etmişik. Onların iqtisadiyyatı ciddi problemlərlə üz-üzədir. Bu, ölü iqtisadiyyatdır”, - deyə o bildirib.

Tramp həmçinin iddia edib ki, İran artıq dəfələrlə münaqişənin ağır nəticələri ilə üzləşib və qeyd edib ki, o, bu cür bəyanatlarla mart və aprel aylarında da çıxış edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   ABŞ   İran  


Bizi "telegram"da izləyin