Saar "Sumud" donanması gəmilərinin saxlanılması barədə: Qəzzanın dəniz blokadasının yarılmasına imkan verməyəcəyik - YENİLƏNİB

2025/10/1759375627.jpg
Oxunub: 689     20:11     30 Aprel 2026    
İsrailin xarici işlər naziri Gideon Saar bildirib ki, İsrail hərbçiləri Qəzza zolağının dəniz blokadasının yarılması və "təxribat donanması" ilə bağlı gəmilərin əraziyə daxil olma cəhdlərinin qarşısını alıb.

Ordu.az xəbər verir ki, bu barədə o, "X" sosial şəbəkəsində "blokadanı yarmaq" kimi bəyan edilmiş məqsədlə Qəzza zolağı sahillərinə doğru hərəkət edən fələstinyönümlü "Sumud" donanmasının 58 gəmisindən 15-nin ələ keçirilməsini şərh edərkən bildirib.

"Hazırda İsrail ötən gecə baş verən hadisələr də daxil olmaqla, Qəzzanın qanuni dəniz blokadasının yarılması və "təxribat donanması" gəmilərinin əraziyə daxil olması cəhdlərinin qarşısını müvəffəqiyyətlə alıb. Gəmilərdən çıxarılan "təxribat donanması"nın bütün iştirakçıları təxliyə edilib, yaralanan yoxdur", - o yazıb.

Saar bildirib ki, Yunanıstan hökuməti ilə əldə olunmuş razılaşmaya əsasən, həmin donanmadan İsrail gəmilərinə keçirilən vətəndaşlar yaxın saatlarda Yunanıstan sahillərinə çatdırılacaqlar. O, insident iştirakçılarını qəbul etməyə hazır olduğuna görə Yunanıstan tərəfinə minnətdarlığını bildirib.

Nazir vurğulayıb ki, İsrail Qəzzanın qanuni dəniz blokadasının yarılmasına imkan verməyəcək.

***

İsrailin Hərbi Dəniz Qüvvələri (HDQ) bəyan edilmiş "blokadanı yarmaq" məqsədilə Qəzza zolağı sahillərinə doğru istiqamət alan "Qlobal Sumud Donanması"nı ələ keçirməyə başlayıb.

Ordu.az xəbər verir ki, bu barədə təhlükəsizlik xidmətlərindəki mənbələrə istinadən "The Times of Israel" qəzeti məlumat yayıb.

"İzləmə məlumatlarına əsasən, tərkibinə humanitar yardım daşıyan 58 gəminin daxil olduğu "Sumud" flotiliyası Yunanıstanın Krit adasının yaxınlığında yerləşir", - deyə nəşr bildirib.

"Əvvəlki cəhdlərdə HDQ flotiliyanın gəmilərini Qəzza sahillərinə daha yaxın məsafədə ələ keçirirdi", - materialda vurğulanıb. Daha əvvəl "The Times of Israel" İsrail qüvvələrinin flotiliyanı Qəzza sahilinə yaxınlaşmazdan əvvəl ələ keçirmək niyyətində olduğu barədə məlumat vermişdi.

İsrail hakimiyyəti bu cür flotiliyaları media aksiyaları adlandıraraq qeyd edir ki, təşkilatçılar humanitar yardımı sektora rəsmi beynəlxalq və ya İsrail çatdırılma kanalları vasitəsilə verməkdən imtina ediblər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   HDQ   Sumud  


Bizi "telegram"da izləyin