Serbiya XİN: İsraillə münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilib

2025/08/Serbi-1754802597.jpg
Oxunub: 311     01:08     30 Aprel 2026    
Serbiya ilə İsrail arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilib.

Ordu.az xəbər verir ki, bunu İsrailə səfəri ilə bağlı danışan Serbiyanın xarici işlər naziri Marko Curiç bildirib.

O qeyd edib ki, Serbiya-İsrail-ABŞ üçbucağı çərçivəsində əməkdaşlıq üçün əhəmiyyətli imkanlar mövcuddur.

Nazir səfər çərçivəsində qarşı tərəfi Kosovo və Metohiyada yaşayan serb xalqının vəziyyəti barədə məlumatlandırdığını da diqqətə çatdırıb.

M. Curiç vurğulayıb ki, Yerusəlimdə Serbiya-İsrail Ticarət Palatası təsis ediləcək:

"Bu qurum hər iki ölkədə uğurla fəaliyyət göstərən şirkətləri birləşdirən iqtisadi assosiasiya olmaqla iqtisadi əlaqələrin gücləndirilməsi baxımından mühüm addımdır. İsrail Serbiya üçün daha geniş beynəlxalq kontekstdə də mühüm tərəfdaşdır".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Serbiya   İsrail  


Bizi "telegram"da izləyin