Ordu.az xəbər verir ki, müvafiq fərman dövlət başçısının saytında dərc olunub.
Sanksiya siyahısına Belarus Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Pavel Muraveyko da daxil edilib. Ümumilikdə məhdudiyyətlər ölkənin 16 vətəndaşına şamil olunub.
Fiziki şəxslərə qarşı standart tədbirlər tətbiq edilib. Onların arasında aktivlərin dondurulması, ticarət əməliyyatlarının dayandırılması, iqtisadi və maliyyə öhdəliklərinin dayandırılması, rəsmi səfərlərin ləğvi və Ukraynanın dövlət mükafatlarından məhrumetmə var.
Bundan əlavə, 11 hüquqi şəxsə qarşı sanksiyalar tətbiq edilib. Onların arasında Minsk “Termoplast” zavodu, Minsk mülki aviasiyasının 407 nömrəli zavodu, Vitebsk elektrik ölçmə cihazları zavodu və Borisov plastik məmulatlar zavodu var. Şirkətlərə qarşı məhdudiyyətlər də 10 il üçün nəzərdə tutulub və eyni tədbirlər siyahısını əhatə edir.
Sevinc Əliyeva
Ordu.az