Ordu.az xəbər verir ki, bu barədə Ukrayna KİV-ləri məlumat yayıb.
Omurbekov Ukraynanın Buça və Andriyivka şəhərlərinin işğalı zamanı 64-cü motoatıcı briqadaya komandanlıq edib.
“VChK-OGPU” mənbələrinin məlumatına görə, 2026-cı il aprelin 28-də Knyazye-Volkonskoye-1 kəndində yerləşən hərbi qarnizonda zabitin partladılması cəhdi olub.
Partlayıcı qurğu yaşayış binasının girişindəki poçt qutusuna yerləşdirilib.
Mənbələrə görə, partlayış nəticəsində rabitə təlim taborunun komandiri podpolkovnik Kuzmenko həlak olub, bir neçə nəfər yaralanıb. Omurbekovun vəziyyəti barədə məlumat yoxdur.
General-mayor 2022-ci ilin yazında Kiyev vilayətində baş verən kütləvi qətllərdə iştirakı ilə bağlı ittihamlara görə “Buçanın qəssabı” kimi tanınıb.
Daha əvvəl 64-cü briqadanın hərbçisi Daniil Frolkin Omurbekovun mülki şəxslərə atəş açılması əmri verdiyini bildirib. Digər hərbçi Nikita Çibrin də işğal zamanı mülki şəxslərin öldürüldüyünü deyib. Ukraynanın Təhlükəsizlik Xidməti isə Omurbekovu Buça rayonunda sakinləri işgəncə ilə dindirməkdə ittiham edib.
Frolkinin sözlərinə görə, briqada rəhbərliyi “adi əsgərləri insan hesab etmirdi”. O bildirib ki, Omurbekov tabeliyində olanları döyür və hücuma getməkdən imtina etdikləri halda onları öldürməklə hədələyirdi.
2023-cü ildən Omurbekov Şərq Hərbi Dairəsinin 392-ci Təlim Mərkəzinə rəhbərlik edir.
Rusiya ordusu 2022-ci ilin martın 5-dən 31-nə qədər Buçanı işğal edib. Şəhər azad edildikdən sonra yüzdən çox cəsəd aşkar olunub, bəzilərinin əlləri arxadan bağlanmış vəziyyətdə olub.
Sevinc Əliyeva
Ordu.az