İspaniya 30 ədəd HÜRJET-i 60 faiz yerli sistemlərlə alacaq

2026/04/1777490038.jpg
Oxunub: 442     23:16     29 Aprel 2026    
“Türk Havacılık ve Uzay Sanayii” tərəfindən hazırlanmış reaktiv təlim təyyarəsi HÜRJET-in ilk rəsmi ixracı üçün İspaniya ilə müqavilə imzalanıb.

Ordu.az xəbər verir ki, ümumilikdə 30 təyyarə üçün razılaşma əldə olunub və bu təyyarələr F-5-ləri əvəz edəcək.

Çatdırılma 2028-ci ildə 21 təyyarə ilə başlayacaq.

“Airbus”un rəhbərliyi ilə İspan şirkətlərindən ibarət konsorsium İspaniya Hava və Kosmik Qüvvələri üçün yeni inteqrasiya olunmuş döyüş hazırlığı sistemi layihəsini həyata keçirəcək. Təyyarələr İspaniyada SAETA II adlandırılacaq və layihədə 60 faiz yerli sənaye iştirakı nəzərdə tutulur.

Müqavilə Madriddə imzalanıb və mərasimdə hər iki ölkənin rəsmi və hərbi nümayəndələri iştirak edib.

Proqram çərçivəsində təyyarələrə yeni nəsil avionik və missiya avadanlıqları inteqrasiya ediləcək, təlim infrastrukturu yenidən qurulacaq və simulyator sistemləri yaradılacaq.

Proqram iki mərhələdə həyata keçiriləcək: 2028-ci ildən başlayaraq ilk 21 təyyarənin çatdırılması, daha sonra isə 2031-2035-ci illərdə qalan təyyarələrin uyğunlaşdırılması.

Layihə İspaniyanın müdafiə sənayesində ən yüksək yerli iştirak payına malik proqramlardan biri kimi qiymətləndirilir və HÜRJET-in Avropaya çıxışı baxımından mühüm addım sayılır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İspaniya   HÜRJET   Türkiyə  


Bizi "telegram"da izləyin