“Meteksan Savunma” seriya istehsala keçən məhsulları ilə SAHA EXPO 2026-da iştirak edəcək

2026/04/1777489994.jpg
Oxunub: 368     23:13     29 Aprel 2026    
Türkiyənin aparıcı müdafiə sənayesi şirkətlərindən “Meteksan Savunma” SAHA 2026 Beynəlxalq Müdafiə Sənayesi Sərgisində yüksək texnologiyalı məhsul və həllərini nümayiş etdirəcək.

Ordu.az xəbər verir ki, şirkət radar, radioelektron mübarizə, sonar sistemləri, platforma alt sistemləri və təlim simulyatorları sahəsində hazırladığı innovativ sistemləri ziyarətçilərlə paylaşacaq.

Əməliyyat mühitində aktiv istifadə olunan və performansını sübut etmiş sistemləri ilə “Meteksan Savunma” Türkiyə Silahlı Qüvvələri və dost, müttəfiq ölkələrin ehtiyaclarına uyğun etibarlı və maliyyət baxımından effektiv həllər təqdim edir.

SAHA 2026 çərçivəsində beynəlxalq əməkdaşlıqları gücləndirməyi hədəfləyən şirkət texnologiya transferi və birgə istehsal sahəsində yeni imkanları da qiymətləndirməyi planlaşdırır.

Sərgidə təqdim olunacaq sistemlərə raket alt sistemləri, MİLSAR SAR/MTI radarı, KAPAN pilotsuz uçuş aparatı müdafiə sistemi, “Retinar” AESA çoxməqsədli radarı, MERT elektron hücum sistemi və digər sistemlər daxildir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Meteksan-Savunma   SAHA-EXPO-2026  


Bizi "telegram"da izləyin