“ABŞ-nin dəniz blokadası ölkə daxilində parçalanma yaratmağa yönəlib” - Qalibaf

2026/04/1777489030.jpg
Oxunub: 426     22:56     29 Aprel 2026    
“ABŞ tərəfindən tətbiq edilən dəniz blokadası ölkə daxilində parçalanma yaratmağa və dövləti zəiflətməyə yönəlib”.

Ordu.az xəbər verir ki, bunu İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf bildirib.

Onun sözlərinə görə, ABŞ prezidenti Donald Tramp İran cəmiyyətini “sərt xətt tərəfdarları” və “mülayimlər”ə bölməyə çalışır, eyni zamanda limanların blokadası vasitəsilə iqtisadi təzyiqi gücləndirir.

Qalibaf çıxışında qeyd edib: “Vaşinqton iqtisadi vasitələri və informasiya təsirini birləşdirərək təzyiqin yeni mərhələsinə keçib ki, bununla ölkəni zəiflətsin və ya hətta daxili çöküşə gətirib çıxarsın”.

O, milli birliyin qorunmasına çağırıb və bunu xarici təzyiqə qarşı yeganə vasitə adlandırıb.

ABŞ İran limanlarına qarşı dəniz blokadasını Tehran Hörmüz boğazını bağladıqdan sonra tətbiq edib. Bu boğaz neft və qaz təchizatının əsas marşrutlarından biridir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qalibaf   ABŞ   İran  


Bizi "telegram"da izləyin