Ordu.az xəbər verir ki, Türkiyənin və regionun ən böyük müdafiə, aviasiya və kosmik sənaye görüşlərindən birinə çevrilən “SAHA Expo 2026” bu il mayın 5-9-da İstanbulda qapılarını açacaq.
Türkiyə müdafiə sənayesinin qlobal oyunçusu “SYS Grup” sərgi çərçivəsində həm yeni məhsul təqdimatlarını həyata keçirəcək, həm də “inteqrasiya edilmiş müdafiə ekosistemi” vizyonu ilə beynəlxalq əməkdaşlıqları dərinləşdirəcək.
“SYS Grup”un SAHA 2026-dakı ən böyük sürprizi yüksək mühəndislik məhsulu olan “CANiK” M3 FALCON olacaq. Xüsusilə hava platformalarının sərt əməliyyat ehtiyacları nəzərə alınaraq hazırlanan yeni nəsil 12.7x99 mm çaplı ağır pulemyot sərgidə ilk dəfə nümayiş etdiriləcək.
“Open-bolt” (açıq mexanizm) strukturu ilə həddindən artıq isinmənin qarşısını alan sistem yüksək atəş sürəti, sarsılmaz etibarlılığı və müasir döyüş sahəsinin dəyişkən şərtlərinə uyğunlaşan çevik strukturu ilə diqqət çəkir.
Pilotsuz uçuş aparatı təhdidlərinə qarşı “xərceffektiv” həll
Ötən ay təqdimatı keçirilən və böyük əks-səda doğuran UNIROBOTICS imzalı “Dağınıq Mobil Təbəqəli Hava Hücumundan Müdafiə Arxitekturası” SAHA 2026-da da diqqət mərkəzlərindən biri olmağa davam edəcək. Müasir pilotsuz uçuş aparatı (C-UAS) təhdidlərinə qarşı hazırlanmış bu ağıllı arxitektura TRAKON RCWS (Uzaqdan İdarə Edilən Silah Sistemləri), “CANiK” ağır pulemyot ailəsi və VENOM LR orta çaplı top sistemi komponentlərini vahid inteqrasiya edilmiş şəbəkədə birləşdirir. Müxtəlif mənzil təbəqələrində tam üstünlük yaradan bu konsepsiya xüsusilə aşağı xərcli və davamlı olması ilə beynəlxalq nümayəndə heyətlərinin marağı ilə qarşılaşır.
“SYS Grup”un baş icraçı direktoru Cahit Utku Aral qrup olaraq 2026-cı ilə güclü başlanğıc etdiklərini, ABŞ və Avropa başda olmaqla mühüm bazarlarda yeni məhsullarının təqdimatlarını həyata keçirdiklərini bildirib. SAHA 2026-da bu dəfə Türkiyədə bu məhsullarını vitrinə çıxaracaqlarını bildirən Aral bu qiymətləndirmələri edib:
“SAHA 2026 yalnız sərgi sahəsi deyil, konkret layihələrin cücərdiyi, B2B, B2G və G2G görüşlərlə qlobal iş həcminin birbaşa böyüdüyü strateji ekosistemdir. Sərginin bu xüsusiyyətini çox önəmsəyirik.
Bununla yanaşı, “SYS Grup” olaraq müdafiə sənayesindəki “oyun dəyişdirici” rolumuzu bu il ilk dəfə sərgiləyəcəyimiz “CANiK” M3 FALCON və ixrac potensialı yüksək olan Yeni Nəsil Mobil Təbəqəli Müdafiə arxitekturamızla möhkəmləndiririk. Hədəfimiz bu və digər məhsullarımızla indiyə qədər olduğu kimi Türkiyənin mühəndislik gücünü dost və müttəfiq ölkələrin inventarına “sürətli təhvil və problemsiz inteqrasiya” üstünlüyü ilə daşımaq, qlobal bazardakı payımızı yeni strateji tərəfdaşlıqlarla böyütməkdir.
SAHA 2026 sahib olduğu xüsusiyyətlərlə buna artıqlaması ilə töhfə verəcək təşkilatdır. Bu imkandan ən yaxşı şəkildə yararlanmaq üçün də “SYS Grup” olaraq ekosistemimizdəki “CANiK”, “AEI Systems” və UNIROBOTICS ilə sərgiyə güclü iştirak təmin edəcəyik”.
Sevinc Əliyeva
Ordu.az