F-16 radar müqaviləsində Türkiyə detalı nədən ibarətdir?

2026/04/Ekran-1777486900.jpg
Oxunub: 529     22:13     29 Aprel 2026    
ABŞ Müharibə Nazirliyi Türkiyə də daxil olmaqla 21 ölkənin F-16 radarlarına mühəndislik dəstəyi üçün “Northrop Grumman” ilə 488 milyon dollarlıq müqavilə imzalayıb.

Ordu.az xəbər verir ki, ABŞ Müharibə Nazirliyi Türkiyə də daxil olmaqla 21 ölkənin F-16 inventarında olan APG-66/68 radarlarının mühəndislik və texniki dəstəyi üçün “Northrop Grumman” ilə 488 milyon dollarlıq müqavilə imzalayıb.

2036-cı ilin martına qədər davam edəcəyi bildirilən saziş müvafiq radarların əməliyyat ömrünü və texniki səmərəliliyini dəstəkləməyi hədəfləyir.

Müqavilə Türkiyə ilə yanaşı, Bəhreyn, Belçika, Çili, Danimarka, Misir, Yunanıstan, İndoneziya, İraq, İsrail, İordaniya, Cənubi Koreya, Mərakeş, Niderland, Norveç, Oman, Pakistan, Polşa, Portuqaliya, Rumıniya və Taylandı da əhatə edir. Müqavilənin imzalanması ilə birlikdə 2026-cı maliyyə ili planlaşdırması çərçivəsində Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələri büdcəsi ilə müxtəlif fondlardan ayrılan 2 644 922 dollarlıq hissənin bu il ərzində istifadə edilməsi qərara alınıb.

F-16 platformalarının onilliklərə dayanan xidmət tarixində əsas dayağı təşkil edən APG-66 və APG-68 radar sistemləri aviasiya tarixində öz dövrlərinin qabaqcıl texnologiyaları kimi qəbul edilir. F-16A/B modelləri ilə inventara daxil olan APG-66 təqdim etdiyi “pulse-Doppler” əsaslı “hava-hava” və “hava-yer” rejimləri ilə ilk istifadə edildiyi illərdə döyüş təyyarəsi qabiliyyətlərində strateji transformasiyanı təmsil edirdi.

Sistemin daha qabaqcıl varisi kimi ön plana çıxan APG-68 isə F-16-nın ən geniş yayılmış konfiqurasiyası olan C/D variantlarına artırılmış mənzil, əlavə əməliyyat rejimləri və gücləndirilmiş elektron əks-tədbir (ECCM) qabiliyyəti qazandırıb. Bu gün dünya üzrə F-16 parkının böyük əksəriyyətini təchiz edən bu iki radar ailəsi təyyarənin qlobal ixrac uğuru sayəsində hələ də bir çox ölkənin hava gücündə aktiv xidmət göstərməyə davam edir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: F-16   Türkiyə  


Bizi "telegram"da izləyin