“Karel” inteqrasiya edilmiş taktiki rabitə arxitekturası ilə SAHA 2026-da olacaq

2026/04/1777486836.jpg
Oxunub: 417     22:08     29 Aprel 2026    
Müdafiə sənayesində rəqəmsal transformasiya özü ilə birlikdə idarə edilməsi lazım olan yüksək həcmli və çox təbəqəli məlumat axınını da gətirir.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

Bu gün qabaqcıl zirehli vasitənin içində onlarla fərqli radio, sensor və tapşırıq sistemi eyni vaxtda işləsə də, bu sistemlər çox vaxt bir-birindən qopuq məlumat adacıqları olaraq qalmağa davam edir. Bu vəziyyət əməliyyat sahəsində vəziyyət fərqindəliyinin məhdudlaşmasına səbəb olur.

Türkiyənin aparıcı texnologiya şirkətlərindən “Karel” 40 illik mühəndislik təcrübəsi və rabitə texnologiyalarındakı dərin ixtisaslaşması ilə bu parçalanmış strukturu vahid rəqəmsal onurğada birləşdirən Vasitədaxili İnteqrasiya Edilmiş Rabitə Şəbəkə Keçidi COMLINE həllini, müasir taktiki sahənin ehtiyaclarına cavab verən inteqrasiya edilmiş arxitektura yanaşmasını mayın 5-9-da keçiriləcək SAHA 2026-da sərgiləyir.

Sahədəki real problem: parçalanmış məlumat, məhdud fərqindəlik

Ənənəvi yanaşmalar müdafiə rabitəsində uzun illər boyunca məlumat ötürmə sürətinə fokuslanıb. Lakin günümüzün çox təbəqəli əməliyyat mühitində müxtəlif protokollarla işləyən alt sistemlərin bir-biri ilə inteqrasiya edilmiş şəkildə işləyə bilməməsi sahədəki şəxsi heyətin qarşılaşdığı ən kritik problemlərdən birinə çevrilib.

Bir zirehli vasitədə radio sistemlərindən sensorlara, tapşırıq kompüterlərindən istifadəçi terminallarına qədər çoxlu müxtəlif komponent var. Bu sistemlərin çoxu vasitəyə bir-birindən müstəqil şəkildə inteqrasiya edilən “bolt-on” strukturlar kimi yerləşdirilir. Bu yanaşma kritik anlarda qərarverənin qarşısına gələn informasiyanın parçalanmış qalmasına və qərar proseslərinin yavaşlamasına səbəb olur.

“Karel” hazırladığı inteqrasiya edilmiş rabitə arxitekturası ilə bu müstəqil sistem yanaşmasını dəyişdirərək bütün məlumat axınını mərkəzi və idarə edilə bilən struktura çevirir. Bu arxitekturanın mərkəzində yer alan Vasitədaxili İnteqrasiya Edilmiş Şəbəkə Keçidi COMLINE avadanlıq və proqram təminatı təbəqələrini çevik strukturda bir araya gətirərək müxtəlif rabitə protokolları və elektron alt sistemlər arasında təhlükəsiz, fasiləsiz səs, məlumat və görüntü rabitəsi təmin edir.

Vasitədən sahəyə genişlənən rabitə: COMBAT və MOBAT inteqrasiyası

Təqdim edilən inteqrasiya edilmiş struktur yalnız vasitədaxili rabitə ilə məhdudlaşmır. “Karel”in Əməliyyat Başlıq Dəsti MOBAT başda olmaqla geyilə bilən texnologiyalarla tam uyğun işləyən sistem 5G Xüsusi Mobil Şəbəkə həlli COMBAT ilə birlikdə əməliyyat rabitəsini bütün sahəyə daşıyır.

5G infrastrukturunun təmin etdiyi yüksək zolaq genişliyi və aşağı gecikmə üstünlüyü sayəsində vasitədaxili komanda elementləri ilə sahədəki bölmələr arasında real vaxt rejimində, yüksək ayırdetməli və təhlükəsiz rabitə şəbəkəsi qurulur. Bu struktur sahədə qapalı dövrə ilə işləyən, ucdan uca nəzarət edilə bilən rabitə təbəqəsi yaradır.

Bu sayədə real vaxt rejimində video ötürülməsi, mövqeyə əsaslanan izləmə və taktiki tətbiq paylaşımları ən çətin əməliyyat şəraitində belə fasiləsiz şəkildə davam etdirilərək mənalı və emal edilə bilən kəşfiyyata çevrilir.

SAHA 2026-da interaktiv təcrübə sahəsi

“Karel” vasitədaxili rabitədə yeni dövrü təmsil edən bu inteqrasiya edilmiş arxitekturanı SAHA 2026-da yaratdığı interaktiv təcrübə sahəsində iştirakçıların birbaşa təcrübəsinə açır.

Ziyarətçilər bu sahədə vasitə üzərindəki müxtəlif alt sistemlərin vahid mərkəzdən necə idarə edildiyini, bu strukturun MOBAT kimi avadanlıqlarla necə inteqrasiya edilmiş şəkildə işlədiyini və 5G infrastrukturunun sahəyə qazandırdığı sürət, çeviklik və əməliyyat üstünlüklərini şəxsən müşahidə etmək imkanı tapacaqlar.

“İnteqrasiya qabiliyyəti yeni nəsil əməliyyatların müəyyənedici elementidir”

“Karel Müdafiə Texnologiyaları Qrupu”nun rəhbəri Yavuz Bayız mövzu ilə bağlı qiymətləndirməsində bunları bildirib: “Müdafiə ekosistemində texnoloji üstünlük artıq sistemlərin bir-biri ilə qurduğu inteqrasiya səviyyəsi ilə ölçülür. “Karel” olaraq taktiki sahədəki bütün elementlər arasında fasiləsiz və təhlükəsiz rabitə təmin edən, qərar proseslərini sürətləndirən inteqrasiya edilmiş arxitekturalar hazırlayırıq. 40 illik mühəndislik təcrübəmizlə hazırladığımız bu həllər sahədə xarici asılılığı azaldan, yerli və təhlükəsiz rabitə infrastrukturu təqdim edir. Vasitədaxili İnteqrasiya Edilmiş Rabitə Şəbəkə Keçidi həllimiz eyni zamanda gələcəyə uyğun infrastrukturu ilə sahədə inteqrasiya edilmiş idarəetmə ehtiyacına birbaşa cavab verir. SAHA 2026 çərçivəsində bu yanaşmamızı müdafiə ekosisteminin bütün maraqlı tərəfləri ilə paylaşacağıq. Gələcəyin əməliyyat sahəsində üstünlük sistemlər arasındakı inteqrasiya ilə müəyyən ediləcək”.

“Karel”in avionik sistem həlləri də SAHA 2026-da

Hava sistemlərinə yönəlmiş hazırladığı kritik komponentlərlə də diqqət çəkən “Karel” SAHA 2026-da avionik sistem həllərini də tanıdacaq.

“Karel” tərəfindən hazırlanmış Ehtiyat Uçuş Göstərici Sistemi (BFI), Mühərrik İdarəetmə Sistemi (FADEC) və Əks-Tədbir Paylama Sistemi (KTAS) hava platformalarında uçuş davamlılığı, mühərrik idarəetməsi və təhdidlərə qarşı qorunma təmin etmək kimi məsələlərdə kritik həllər kimi ön plana çıxır.

Bugünkü əməliyyat mühiti üçün qabaqcıl texnologiya həlləri

“Karel”in qabaqcıl mühəndislik və texnologiya vizyonunu müdafiə sənayesinə daşıyan yeni nəsil texnologiya təşəbbüsü “Karel İleri Teknolojiler” də bugünkü əməliyyat mühitinin ehtiyacı olan az yer tutan, az enerji sərf edən, yüngül sistemi ən sürətli və ən xərceffektiv şəkildə əməliyyat vəziyyətinə gətirən həlləri ilə SAHA 2026-da hazır olacaq.

Müstəqil hərəkət edə bilən çoxkanallı strukturu, geniş ani tezlik əhatəsi, sürətli nümunə götürmə və siqnal emalı qabiliyyəti ilə şirkətin son iki ildə hazırladığı rəqəmsal qəbuledici müasir raketlərin, insanlı/insansız platformaların günümüz əməliyyat sahəsi ehtiyaclarına sürətli cavab verə bilir. Şirkət müstəqil qarışdırma dəstək qəbuledicisinin minimum siqnal gecikməsi təmin edən strukturu, geniş qarışdırma texnikası repertuarı ilə hazırladığı DRFM əsaslı qarışdırma sisteminin də müxtəlif tətbiqlərdə istifadəyə hazır olduğunu vurğulayır.

Şirkət həmçinin radar, RF axtarıcı başlıq və elektron dəstək kimi sistemləri hazırlama və istifadə mərhələlərində sınaqdan keçirmək üçün insansız platformalar üzərində işləyən və sərf edilə bilən cihazlarını da SAHA 2026-da sərgiləyəcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Karel   SAHA-2026  


Bizi "telegram"da izləyin