İsrail atəşkəs şəraitində Livanın cənubuna 20 zərbə endirib

2026/04/1777485624.jpg
Oxunub: 408     21:49     29 Aprel 2026    
İsrail ordusu qüvvədə olan atəşkəs razılaşmasına baxmayaraq, Livanın cənub rayonlarına gecə saatlarında 20 zərbə endirdiyini bildirib.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Hərbçilərin bəyanatına görə, hücumların hədəflərinə “Hizbullah”ın komanda mərkəzləri və hərbi obyektləri daxil olub. Həmçinin bildirilir ki, əməliyyatlardan biri zamanı İsrail pilotsuz uçuş aparatı “Hizbullah” döyüşçüsünə hücum edib. Ordunun məlumatına görə, o, İsrail hərbçilərinə yaxınlaşırdı və öldürülüb.

İsrail tərəfi bildirib ki, atəşkəsə baxmayaraq, ölkənin şimalında hərbçiləri və mülki əhalisi üçün təhdidlərin aradan qaldırılmasına yönəlmiş əməliyyatları davam etdirəcək.

Tərəflər arasında atəşkəs rejimi rəsmi olaraq qüvvədədir, lakin tərəflər mütəmadi olaraq bir-birini onun pozulmasında ittiham edirlər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Livan  


Bizi "telegram"da izləyin