Ordu.az xəbər verir ki, bu barədə “Axios” portalı öz mənbələrinə istinadən məlumat verir.
“Axios”un məlumatına görə, Vaşinqton Tehranın təklif etdiyi tənzimləmə üzrə üçmərhələli planı rədd edib. Bu plan ABŞ ilə danışıqların mərhələli şəkildə bərpasını nəzərdə tuturdu. Mənbələrin iddiasına görə, prezident Donald Tramp Hörmüz boğazının açılması, dəniz blokadasının ləğvi və İranın nüvə proqramının müzakirəsinin təxirə salınması ideyasını dəstəkləməyib.
“Axios”un mənbələri bildirirlər ki, ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məhdud, lakin intensiv zərbələr ssenarisi hazırlayıb. Onların arasında mülki infrastruktur obyektləri də var. Ehtimal olunur ki, belə addım İran hakimiyyətinə təzyiq göstərə və onları daha çevik şərtlərlə danışıqlara qayıtmağa məcbur edə bilər.
Həmçinin bildirilir ki, Tramp dəniz blokadasını Tehrana təzyiqin əsas alətlərindən biri kimi nəzərdən keçirir, eyni zamanda vəziyyətin inkişafının mümkün variantı kimi hərbi əməliyyatları da istisna etmir.
Sevinc Əliyeva
Ordu.az