“Çukurova Makina” SAHA 2026-da həllərini tanıdacaq

2026/04/1777483822.jpg
Oxunub: 445     21:33     29 Aprel 2026    
“Çukurova Makina İmalat ve Ticaret A.Ş.” 2026-cı il mayın 5-dən 9-dək İstanbul Sərgi Mərkəzində keçiriləcək SAHA 2026 Beynəlxalq Müdafiə Sənayesi Sərgisində iştirak edərək müdafiə və xüsusi tapşırıq tətbiqlərinə yönəlmiş həllərini tanıdacaq.

Ordu.az xəbər verir ki, şirkət ziyarətçilərini 6-cı zalda, 6E06 nömrəli stenddə qəbul edəcək.

Müdafiə sənayesi peşəkarlarını bir araya gətirən tədbirdə “Çukurova Makina” yeni tərəfdaşlıqların inkişaf etdirilməsinə yönəlmiş addımlar atacaq və qabaqcıl texnologiya həllərimizi sərgiləyəcək. Bundan əlavə, hazırladığı məhsulların texniki qabiliyyətlərini paylaşacaq və əməliyyat ehtiyaclarına yönəlmiş həllər barədə görüşlər keçirəcək.

“Çukurova Makina” tədbir boyunca aşağıdakı həlləri sərgiləyəcək:

• 14 tonluq (4x4) Çoxməqsədli Platforma (MPP)
• Sürətli Zirehli Qazıcı-Yükləyici (FABHL)


Şirkətin çoxməqsədli şassi platformaları müxtəlif müdafiə, təhlükəsizlik və xüsusi tapşırıq ehtiyacları üçün dizayn edilmiş fərqli üst qurğu tətbiqləri üçün çevik və möhkəm mühəndislik həlləri təqdim edir.

Hərbi əməliyyat tələblərinə uyğun, tam zirehli quruluş konsepsiyası ilə hazırlanmış FABHL isə çətin əməliyyat mühitlərində yüksək sürət, üstün qoruma və maksimum tapşırıq effektivliyi təmin edir. Qabaqcıl uzaqdan idarəetmə qabiliyyəti sayəsində platforma insansız olaraq da istifadə oluna bilir, bu da operator təhlükəsizliyini artırır.

“Çukurova Makina” həllərini yaxından görmək istəyən ziyarətçiləri stendlərinə dəvət edir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çukurova-Makina   SAHA-2026  


Bizi "telegram"da izləyin