KAAN-ın milli silahı SAHA 2026-da vitrinə çıxacaq

2026/04/1777483607.jpg
Oxunub: 466     21:22     29 Aprel 2026    
Milli Döyüş Təyyarəsi KAAN-a güc qatacaq 6 lüləli 20 mm çaplı top sisteminin gəldiyi mərhələ SAHA 2026-da nümayiş etdiriləcək.

Ordu.az xəbər verir ki, Türkiyənin və Avropanın ən böyük müdafiə, aviasiya və kosmik sənaye klasteri olan “SAHA İstanbul”un təşkilatçılığı ilə keçirilən SAHA 2026 Beynəlxalq Müdafiə, Aviasiya və Kosmik Sənaye Sərgisi mayın 5-9-da İstanbul Sərgi Mərkəzində keçiriləcək.

“TR Mekatronik” yeni nəsil top sistemlərini sərgiləyəcək

Çoxlüləli topları milli olaraq istehsal etmək məqsədilə yola çıxan, 3 lüləli topu istifadəyə təqdim edən “TR Mekatronik” məhsul və qabiliyyətlərini SAHA 2026-da tanıdacaq. Şirkət sınaqları davam edən 6 lüləli topu da sərgiyə gətirəcək.

Sərgidə nümayiş etdiriləcək ən mühüm yeni məhsullardan biri olan 6 lüləli 20 mm çaplı top sistemi dizayndan istehsala qədər tamamilə yerli imkanlarla hazırlanır, elektron avadanlıq tərəfdə belə ixrac məhdudiyyəti yaratmayacaq komponentlərə üstünlük verilir. Bunun sayəsində sistem üzrə ümumilikdə 95%-dən yuxarı yerlilik səviyyəsinə çatılır.

Sistem “TR Mekatronik”in orta çaplı silah sistemləri sahəsində çatdığı mühəndislik səviyyəsinin ən konkret göstəricilərindən birini təşkil edir. 6 lüləli 20 mm çaplı top sistemi 3 lüləli sistemdəki bilik və təcrübənin üzərində qurulub.

3 lüləli sistemdən 6 lüləliyə keçid

“TR Mekatronik”in baş direktoru Fatih Çevik AA müxbirinə açıqlamasında şirkətin yaradılmasına 2018-ci ildə qərar verildiyini və 2019-cu ildə fəaliyyətə başladığını bildirib.

“Türk Havacılık ve Uzay Sanayii” (TUSAŞ) və “Sarsılmaz”ın bərabər tərəfdaşlığı ilə yaradılan şirkətin yaradılış məqsədinə uyğun olaraq ATAK helikopterlərinin ixracındakı məhdudiyyətlərdən biri olan burun topunu yerli və milli olaraq dizayn etmək və istehsal etmək üçün işlər apardığını izah edən Çevik belə danışıb:

“Şirkətimizin başlanğıc layihəsi dediyimiz 3 lüləli sistemin bütün elektromexanikasının, idarəetmə blokları ilə birlikdə layihələndirilməsi, istehsalı, sınaqlarının keçirilməsi və təhvil verilməsi 2024-cü ilin əvvəllərinə qədər davam etdi. 2024-cü ildən sonra da seriyalı istehsal kimi davam edir. Hazırda 10 ATAK helikopterimizdə, bəziləri xaricdə olmaqla, bizim silahlarımız var. Bundan sonra istehsal olunan bütün ATAK helikopterlərində də inşallah bizim sistemlərimiz olacaq. Bu, mühüm uğurdur. Tamamilə özgün bir dizayn oldu. Əlbəttə, qarşımızda nümunə var idi, amma bir nümunə hamısını istehsal etməyə kifayət etmir. Bu yolda bu sektorda bilməli olduğumuz çox şey, maneələr qarşımıza çıxdı. Hamısını öyrəndik. Mühəndislik gücümüzlə hamısının öhdəsindən gəldik və çox uğurlu sınaqlarla layihəni tamamladıq. Tam mənada kvalifikasiya olunmuş Türkiyədəki ilk orta çaplı özgün dizayn sistem deyə bilərəm”.

3 lüləli topun baza silah kimi düşünülə biləcəyini, buradan çıxış edərək daha əlavə dəyərli, müxtəlif platformalarda istifadə oluna biləcək 6 lüləli və daha yüksək atımlı versiya üzərində işləməyə başladıqlarını bildirən Çevik bu məlumatları verib:

“6 lüləli versiyamızla dəqiqədə 2 min atımla hava platformasına quraşdırılacaq bir işə keçdik. Belə bir hədəf platformamız var. Dəqiqədə 3 min atım hava hücumundan müdafiə sistemlərində istifadə olunmaq üçün işlərimizi davam etdiririk. Burada da ilkin sınaqlarımızı tamamladıq. Kvalifikasiya olunmuş baza sisteminin üzərində qurduğumuz çoxsaylı sınaqları keçmişdə etdiyimiz işlərlə çox rahat keçəcəyimizi və ya keçdiyimizi göstərmiş oluruq. Bunlar davam edir. Yaxın zamanda inşallah həm silahımız platforması ilə birlikdə səmada olacaq, həm də hava hücumundan müdafiə baxımından qabiliyyətlərimizi hər kəsə göstərəcəyik”.

KAAN təyyarəsi üçün hazırlıq işləri

Fatih Çevik 6 lüləli topa dair “TUSAŞ” ilə müqavilələrinin olduğunu bildirərək deyib: “Bu sistemi KAAN təyyarəsi üçün hazırlayırıq. Bundan başqa, Türkiyədə istehsal olunan müxtəlif platformalara da alternativ olaraq quraşdıra bilərikmi deyə işləyirik. Bəziləri hələ başlanğıc mərhələsindədir, amma yəni KAAN üçün müqaviləmiz var və işə davam edirik”.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: KAAN   SAHA-2026   Türkiyə  


Bizi "telegram"da izləyin