İsrail HƏMAS-ın hərbi kəşfiyyat əməliyyatları rəhbəri, 7 oktyabr planı ilə əlaqəli Şəmbərini məhv edib - FOTO

2026/04/1777483171.jpg
Oxunub: 392     21:18     29 Aprel 2026    
İsrail HƏMAS-ın hərbi kəşfiyyat əməliyyatları rəhbəri, 7 oktyabr planı ilə əlaqəli Şəmbərini məhv edib.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

İsrail ordusu bildirib ki, Şəmbəri Fələstinin silahlı radikal qruplaşması olan HƏMAS-ın hərbi kəşfiyyatında əməliyyatlar şöbəsinin rəhbəri olub.

İsrail Müdafiə Qüvvələri (IDF) qeyd edib ki, İyad Əhməd Əbd ər-Rahman Şəmbəri Fələstinin silahlı radikal qruplaşması olan HƏMAS-ın hərbi kəşfiyyatında əməliyyatlar şöbəsinin rəhbəri olub.

Əbd ər-Rahman Şəmbəri 7 oktyabr HƏMAS hücumunun əsas planlaşdırıcılarından biri olub. Bu hücumdan sonra İsrail Qəzza zolağında quru əməliyyatı həyata keçirib və nəticədə minlərlə HƏMAS üzvü öldürülüb.

Qəzzanın mülki müdafiə agentliyi AFP xəbər agentliyinə bildirib ki, Qəzza şəhərinin qərbindəki Əl-Rimal məhəlləsində pilotsuz uçuş aparatı bir avtomobilə iki raket atdıqdan sonra dörd nəfər həlak olub, altı nəfər isə yaralanıb.


Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   HƏMAS  


Bizi "telegram"da izləyin