İsrail zərbəsi nəticəsində Livanın cənubunda üç qadın həlak olub

2026/04/1777047460.jpg
Oxunub: 365     21:11     29 Aprel 2026    
Livanın cənubunda, Tir bölgəsinin Tayr Debba kəndi istiqamətində İsrail aviazərbəsi nəticəsində üç qadın həlak olub, azı 11 nəfər xəsarət alıb.

Ordu.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat verir.

Rəsmi məlumatlara görə, martın 2-dən etibarən Livanda İsrail hücumları nəticəsində azı 2534 nəfər həlak olub, 7863 nəfər xəsarət alıb, 1,6 milyondan çox sakin isə evini tərk etmək məcburiyyətində qalıb.

Mövcud atəşkəs razılaşmasına baxmayaraq, İsrail və “Hizbullah” bir-birini kövrək atəşkəsi pozmaqda ittiham edərək zərbə mübadiləsini davam etdirirlər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Livan  


Bizi "telegram"da izləyin