Ordu.az xəbər verir ki, bu barədə “Reuters” şirkətin qeydiyyat materiallarına istinadən məlumat yayıb.
Sənədlərə görə, Mask yalnız B sinfinə aid səhmlərin. Yəni super səsvermə hüququ verən qiymətli kağızların sahiblərinin səsverməsi vasitəsilə vəzifələrindən məhrum edilə bilər. Bu səhmlərin hər biri on səs verir və gözlənildiyi kimi, IPO-dan sonra onun nəzarəti altında qalacaq. Bu, faktiki olaraq o deməkdir ki, onu vəzifədən uzaqlaşdırmaq qərarı səslərin strukturundan asılı olacaq və həmin strukturda o, həlledici təsirini saxlayacaq.
Həmçinin qeyd olunur ki, B sinfinə aid səhmlərin əhəmiyyətli payını uzunmüddətli perspektivdə saxlayaraq Mask direktorlar şurası üzvlərinin əksəriyyətinin seçilməsi və işdən azad olunmasına təsir göstərməyə davam edə biləcək.
Korporativ idarəetmə üzrə ekspertlər qeyd edirlər ki, belə model texnologiya sektorunda standart praktikaların çərçivəsindən kənara çıxır. “SpaceX” özü də investorları xəbərdar edir ki, belə struktur onların korporativ qərarlara və direktorlar şurasının tərkibinə təsir imkanlarını məhdudlaşdıracaq.
Sevinc Əliyeva
Ordu.az