Netanyahu yaxın gələcəkdə ABŞ-yə səfər etməyi planlaşdırmır

2026/04/1777482534.jpg
Oxunub: 369     20:59     29 Aprel 2026    
İsrailin baş naziri Benyamin Netanyahu mümkün səfər barədə media məlumatlarına baxmayaraq, yaxın gələcəkdə Vaşinqtona getmək niyyətində deyil.

Ordu.az xəbər verir ki, bu barədə İsrail hökuməti başçısının ofisindən bildirilib.

Daha əvvəl İsrail televiziyasının 12-ci kanalı məlumat vermişdi ki, Netanyahu artıq gələn həftə ABŞ-yə gedə bilər.

Netanyahunun ofisində həmin məlumatları şərh edərkən bildiriblər ki, belə bir səfər gözlənilmir. Eyni zamanda vurğulanıb ki, baş nazir ABŞ prezidenti Donald Trampla müntəzəm əlaqədədir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Netanyahu   ABŞ  


Bizi "telegram"da izləyin