“Bloomberg”: Aİ Kiyevə 90 milyard avro həcmində maliyyə ayrılması şərtlərini sərtləşdirə bilər

2026/03/1773647283.jpg
Oxunub: 319     20:12     29 Aprel 2026    
Avropa İttifaqı hakimiyyəti Ukraynadan vergi dəyişiklikləri həyata keçirməyi tələb edir, əks halda birlik Kiyevə ayrılan 90 milyard avroluq maliyyə üçün daha sərt şərtlər müəyyən edəcək.

Ordu.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi öz mənbələrinə istinadən məlumat yayıb.

Dərc olunan məlumatlara görə, Kiyev güzəştli sistemlə fəaliyyət göstərən və illik gəliri 77,4 min avrodan çox olan şirkətlər üçün əlavə dəyər vergisini 20%-ə çatdırmalıdır. Agentlik qeyd edib ki, bu addım Ukrayna cəmiyyətində ciddi narazılıqlar yarada bilər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:   Kiyev  


Bizi "telegram"da izləyin