Ordu.az xəbər verir ki, bunu Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsinin dinləmələri zamanı Pentaqonun rəsmi nümayəndəsi Culs Hyorst bildirib.
Onun sözlərinə görə, xərclərin əsas hissəsi döyüş sursatına yönəldilib.
Hyorst dinləmələr zamanı Donald Tramp administrasiyasının 2027-ci maliyyə ili üçün 1,5 trilyon dollarlıq müdafiə büdcəsi tələbini müdafiə edən müharibə naziri Pit Heqsetlə birlikdə çıxış edib. Heqset bildirib ki, həmin büdcə “zamanın çağırışlarına cavabı” əks etdirir.
Bu dinləmələr İranla müharibənin başlanmasından bəri Heqsetin Konqresdə ilk ictimai dindirilməsi olub.
Sevinc Əliyeva
Ordu.az