Ordu.az xəbər verir ki, bu barədə Türkiyənin energetika naziri Alparslan Bayraktar bildirib.
“Böhran bizə belə təsir göstərə bilər: əgər neftin qiyməti bir barel üçün orta hesabla 100 dollar səviyyəsində qalsa, ilin sonuna qədər bu, əlavə 13,6 milyard dollar xərc demək olacaq. Əgər qiymət 125 dollara çatarsa, xərclər 24 milyard dollar olacaq. Bunlar əlavə xərclərdir”, - deyə nazir jurnalistlərə bildirib.
Onun sözlərinə görə, Hörmüz boğazı böhranı nəticəsində Türkiyə dövlət xəzinəsi təxminən 600 milyard türk lirəsi, yəni təxminən 13,3 milyard dollar vergi itkisi ilə üzləşə bilər.
Sevinc Əliyeva
Ordu.az