ABŞ-nin müharibə naziri İranla müharibənin başlanmasından etibarən ilk dəfə Konqresdə çıxış edəcək

2026/03/1772652779.jpg
Oxunub: 308     19:35     29 Aprel 2026    
İrana qarşı Donald Tramp administrasiyasının başladığı müharibənin başlanmasından bəri ilk dəfə ABŞ-nin müharibə naziri Pit Heqset qanunvericilərin suallarını cavablandıracaq.

Ordu.az xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.

Dinləmələr Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsində keçiriləcək və 2027-ci il hərbi büdcə layihəsinin müzakirəsinə həsr olunacaq. Layihəyə əsasən müdafiə xərclərinin rekord həddə, 1,5 trilyon dollara çatdırılması nəzərdə tutulur.

Buna qədər Heqset müharibə ilə bağlı qanunvericilərin ictimai suallarından yayınırdı, baxmayaraq ki, Pentaqonda televiziya brifinqləri keçirirdi.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Heqset  


Bizi "telegram"da izləyin