Müharibə nəticəsində Livanda təxminən 1,2 milyon nəfər kəskin ərzaq çatışmazlığı ilə üzləşəcək

2024/11/1730532847.jpg
Oxunub: 291     19:32     29 Aprel 2026    
İsrail ilə “Hizbullah” arasında davam edən müharibə səbəbindən Livanın 1,2 milyondan çox sakini kəskin ərzaq çatışmazlığı problemi ilə üzləşə bilər.

Ordu.az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatı tərəfindən təsdiqlənmiş hesabatda bildirilib.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Ümumdünya Ərzaq Proqramı və Livan Kənd Təsərrüfatı Nazirliyinin birgə bəyanatına görə, təxminən 1,24 milyon nəfər (araşdırılan əhalinin demək olar ki, hər dörd nəfərindən biri) 2026-cı il aprelinindən avqustuna qədər ərzaq təhlükəsizliyinin böhran və ya daha ağır səviyyəsində olacaq.

Bildirilir ki, vəziyyət mart ayındakı hərbi əməliyyatlardan əvvəlki dövrlə müqayisədə daha pisdir. Həmin vaxt kəskin ərzaq çatışmazlığı yaşayanların sayı artıq 874 min nəfərə çatırdı ki, bu da əhalinin 17%-i idi.

Bəyanatda vurğulanır ki, vəziyyətin pisləşməsi döyüş əməliyyatları, əhalinin köçkün düşməsi və iqtisadi təzyiqlərlə bağlıdır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Müharibə   Livan  


Bizi "telegram"da izləyin