Vagenknext Mertsi “yalançı kansler” adlandırıb

2026/04/gfhgf-1777366636.jpg
Oxunub: 299     19:28     29 Aprel 2026    
Almaniyanın BSW Partiyası qurucusu Sara Vagenknext Almaniyanın 2027-ci il federal büdcə layihəsini sərt tənqid edib və bildirib ki, kansler Fridrix Merts ölkəni tənəzzülə aparmış “yalançı kansler” kimi tarixdə qalacaq.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Vagenknextin sözlərinə görə, büdcə 1945-ci ildən etibarən ölkənin ən böyük yenidən silahlanmasını və borc yükünün ciddi şəkildə artmasını nəzərdə tutur. O bildirib ki, 200 milyard avroluq yeni borclanmalar əsasən hərbi xərclərə yönəldiləcək və bu, onun fikrincə, Almaniyanın gələcəyinə ciddi zərər vurur. O həmçinin vurğulayıb ki, indiki hökumətin dövründə illik faiz ödənişləri 50 milyard avro artır. Vagenknext bunu “vergi ödəyicilərinin pullarının yandırılması” adlandırıb.

Siyasətçi xatırladıb ki, seçkilərdən əvvəl Merts ölkənin qarşısında duran problemləri vergiləri artırmadan və borcu çoxaltmadan həll edəcəyini vəd etmişdi. O, həmçinin onu və vitse-kansler, maliyyə naziri Lars Klinkbayl tənqid edərək bildirib ki, onlar sələflərindən daha az məlumatlıdırlar.

Bu gün daha əvvəl Almaniya hökuməti büdcə planlaşdırmasının əsas parametrlərini təsdiqləyib. 2027-ci il xərcləri 543,3 milyard avro səviyyəsində planlaşdırılıb. Bu göstərici 2026-cı ildə 524,5 milyard avro idi.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Vagenknext   Merts  


Bizi "telegram"da izləyin