"ABŞ və İran atəşkəsin uzadılmasına meyillidir" - Hakan Fidan

2026/04/1776524449.jpg
Oxunub: 520     18:13     29 Aprel 2026    
ABŞ və İran atəşkəsin uzadılması məsələsini nəzərdən keçirməyə meyllidirlər.

Ordu.az xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər Naziri Hakan Fidan Vyanada avstriyalı həmkarı Beate Maynl-Rayzinger ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

“Hazırda atəşkəsin uzadılması mühüm məqamdır. Müharibənin yenidən başlamaması bizim üçün vacibdir. Atəşkəs ilk dəfə elan olunanda biz bildirmişdik ki, bir çox mühüm məsələlər üzrə razılaşmaya nail olmaq üçün iki həftə kifayət eləmir. Bizə əlavə vaxt, atəşkəsin uzadılması lazım gələ bilər. Düzünə qalsa, tərəflər də buna meyllidirlər”, – deyə o bildirib.

Fidan həmçinin qeyd edib ki, beynəlxalq ictimaiyyətin təzyiqi də atəşkəs rejiminin uzadılmasını zəruri edir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fidan   ABŞ   İran  


Bizi "telegram"da izləyin